O, rədd cavabı alıb
Sosial şəbəkələrdə İçərişəhərdəki məşhur “Bürc qala” restoranı ilə bağlı şikayət yayılıb.
Foodinfo.az-ın məlumatına görə, Oruc Oruclu adlı istifadəçi bu il yanvarın 2-də restoranda olarkən ofisinta samovar çayı sifariş etdiklərini, lakin rədd cavabı aldıqlarını bildirib: “Ofisiant dedi ki, samovar çayı ancaq yemək yeyənlər üçündür... Bizə ancaq sadə çayla dəstgah verə biləcəyini dedi”.
O.Oruclu restoranı qınayaraq əslində onların 20 manatdan çox pul xərcləyəcək müştərini itirdiklərini vurğulayıb: “Halbuki, samovar çayı, mürəbbə və paxlava sifariş verəcəkdik. Bu ən ucuz 20 manatlıq çay dəstgahından daha çox hesab tuturdu”.
Qeyd edək ki, “Bürc qala” muzey-restoran kimi fəaliyyət göstərir.
Foodinfo.az