Profilaktik diyetoloq, orqanizmin bərpasına funksional yanaşma və naturopatik üsullar üzrə mütəxəssis Dmitri Semiryadov, qlütenli oməhsulların kimlərə əks göstəriş olduğunu açıqlayıb.
“Rossiyskaya qazeta”ya müsahibəsində ekspert bildirib ki, tərkibində qlüten olan məhsullar bakterial böyümə sindromu (SIBO) və çölyak xəstəliyi - qlütenə qarşı yüksək həssaslıq olan insanlar üçün əks göstərişdir.
İnsanların 40% -ə qədərində qlütenə qarşı dözümsüzlük inkişaf riski var və onların hamısı pəhrizlərində qlüteni aradan qaldırmalı və ya minimuma endirməlidirlər.