Göy soğan zərərli viruslarla mübarizədə olduqca faydalı bitkidir. Onun tərkibində olan bir çox faydalı maddələr mikrobları, virusları, göbələkləri öldürür və iltihab əleyhinə təsir göstərir.
Göy soğanı təbii antiseptik və antibiotik adlandırmaq olar. C vitamini ilə zəngin olan bu bitki immun sisteminin fəaliyyətinə müsbət təsir göstərir, soyuqdəymə və qrip əleyhinə istifadə edilməsi məsləhət görülür.
Xüsusilə soyuq fəsillərdə bu bitkidən istifadə etməyi unutmayın!