Azərbaycanda süd məhsulları bahalaşıb
Bu barədə ərzaq məhsullarının satışı ilə məşğul olan bir neçə marketin sahibi məlumat verib
Bahalaşma 18 faiz civarındadır. Qiymət artımı bütün firmaların məhsullarında müşahidə olunur.
Bəzi ekspertlər hesab edir ki, bu böhranın dərinləşməsi ilə əlaqədardır. Bu fikirdə olanlar digər məhsulların da tədricən bahalaşdığını nümunə güstərirlər.
Lakin bu qənaəti bölüşməyən ekspertlər də var. Onların fikrincə, bahalaşmaya səbəb monopoliyadır. “Bu sadəcə monopoliyanın, kartel razılaşmasının təzahürüdür”,- deyə ekspertlər bildirib. ( İstiqlal.az)