Rospotrebnadzor Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun CenterPlus İnfeksion Xəstəliklər Klinikasının kardioloq, terapevt, funksional diaqnostika mütəxəssisi, tibb elmləri doktoru, professor Lyudmila Salamatina hipertoniyanın qarşısını almaq üçün xörək duzunu kalium duzu ilə əvəz etməyi təklif edib.

Foodinfo.az xəbər verir ki, ekspert Gazeta.Ru-ya müsahibəsində bildirib ki, pəhrizdə həddindən artıq natrium və qeyri-kafi kalium hipertoniyanın əsas səbəbləridir. Sübut olunub ki, qida rasionunda natriumun məhdudlaşdırılması qan təzyiqini 10 mm civə sütunu aşağı salır ki, bu da bəzi antihipertenziv dərmanların qəbulundan sonrakı effektlə müqayisə oluna bilər.

Mütəxəssisin qeyd etdiyi kimi, bu fakt son 50 ildə bir çox klinik tədqiqatlarla təsdiqlənib.

Bundan əlavə, qan təzyiqinin azalması ilə yanaşı, insult riskinin də azaldığı sübut olunub.

Leyla