Kəsmikdən hazırlanan zapekanka bir çox mətbəxdə məşhur olan yüngül və qidalı desertdir. Ananas əlavə edildikdə isə bu klassik yemək daha maraqlı və fərqli dad qazanır.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, ananasın və süd məhsullarının birlikdə bişirilməsi ilk baxışdan qeyri-adi görünsə də, bu məhsullar bir-birini çox yaxşı tamamlayır. Belə kombinasiya nəticəsində həm yumşaq, həm də aromatik desert əldə olunur.

Bu resept 8 porsiya üçün nəzərdə tutulub və hazırlanması olduqca sadədir. Kəsmiyin yüngül turşməzə dadı ananasın şirinliyi ilə birləşərək balanslı və xoş ləzzət yaradır.

İnqrediyentlər:

  • 3 ədəd yumurta

  • 3 xörək qaşığı şəkər

  • 750 qram kəsmik

  • 3 xörək qaşığı manna yarması

  • 1 limonun qabığının rəndəsi

  • 1/4 çay qaşığı vanilli şəkər

  • 200 qram konservləşdirilmiş ananas

  • 1 xörək qaşığı kərə yağı

  • 2 xörək qaşığı kişmiş

  • 2 xörək qaşığı suxarı qırıntısı

  • bəzəmək üçün konservləşdirilmiş albalı

Hazırlanması:

Əvvəlcə yumurtalardan birinin sarısını ayırın. Qalan yumurtaları və ayrılmış ağını şəkərlə birlikdə köpüklənənə qədər çalın.

Kişmişi 10 dəqiqə qaynar suda saxlayın, sonra süzgəcə qoyaraq artıq suyun süzülməsini təmin edin. Kəsmiyi manna yarması, rəndələnmiş limon qabığı, vanilli şəkər və kişmişlə qarışdırın. Daha sonra çalınmış yumurtanı əlavə edib yaxşı qarışdırın.

Dairəvi formanı kərə yağı ilə yağlayıb üzərinə suxarı qırıntısı səpin. Formanın dibinə ananas dilimlərini və albalı düzün. Üzərinə kəsmik qarışığını bərabər şəkildə yayın.

Ayırdığınız yumurta sarısını çalıb zapekankanın üzərinə çəkin. Desertini 180°C temperaturda təxminən 40 dəqiqə sobada bişirin.

Faydalı məsləhət:
Ekzotik meyvələrin süd məhsulları ilə birləşməsi hər kəs üçün uyğun olmaya bilər. Məsələn, kəsmik manqo və ya bananla yaxşı uyğunlaşır. Lakin kivi kimi meyvələri belə zapekankalara əlavə etmək tövsiyə olunmur, çünki bu kombinasiya bəzən həzm narahatlığı yarada bilər.