"Euronews" kanalında Azərbaycanın dünyaca məhşur paxlavasına həsr olunan reportaj yayımlanıb.
Videomaterialda paxlavanın Azərbaycanda Novruz bayramı ilə bağlı şirniyyat olduğu vurğulanıb. Qeyd olunub ki, nəsillər boyu ötürülən reseptlər əsasında hazırlanan şirniyyat ortaq mədəni ənənələri əks etdirir.
“Azərbaycan paxlavası Novruz bayramı ilə əlaqəli ənənəvi şirniyyatdır və ölkənin müxtəlif bölgələrində geniş şəkildə hazırlanır”, - süjetdə qeyd olunur.
"Euronews"un süjetində ekspert kimi çıxış edən Ehtiram Fərzəlibəyov Azərbaycan paxlavasının hazırlanma qaydasını xarici tamaşıçılarla bölüşüb.
Qida mütəxəssisləri qeyd ediblər ki, hər bölgənin öz paxlavası mövcuddur, fərqli, özünəməxsus reseptlər qorunur.






