Martın 17-də  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi və Azərbaycan Mətbuat Şurasının birgə iştirakı ilə “Təhlükəsiz qida və media” mövzusunda brifinq olacaq. Bu barədə Foodinfo.az-a Agentliyin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən məlumat verilib. Bildirilib ki, tədbir saat 10.30-dan etibarən Beynəlxalq Mətbuat Mərkəzinin 6-cı mərtəbəsində yerləşən dəyirmi masada başlayacaq.