Soyuq havalarda üz və əllərin dəriyə qulluq üçün düzgün vasitələrin seçimi vacibdir. Foodinfo.az bildirir ki, terapevt və peşə patologu Svetlana Burnatskaya buna dair bir neçə tövsiyə verib.
Mütəxəssis tövsiyə edir ki, krem seçərkən içində seramid və pantenol olan məhsulları üstün tutmaq lazımdır. Bu maddələr külək və quruluğa qarşı qoruyucu baryer yaradır və kremi çölə çıxmazdan 20–30 dəqiqə əvvəl çəkmək məsləhətdir. Bəzən betulin və ya vazelin əsaslı mumlu kremlər küləkdən əmələ gələn donma və qızartılara qarşı daha təsirli olur.
Yüksək su tərkibli nəmləndirici kremlər soyuqda donma riski yaratdığından istifadə edilməməlidir. Əlləri qorumaq üçün sensor paneli olan termopapka taxmaq və soyuqda əllikləri çıxarmamaq məsləhət görülür.
Üz üçün isə termomaterialdan hazırlanmış maska-bandanalar daha praktikdir, çünki adətən şərflər sürüşür. Qızarmış, soyulmuş və ağrılı dəri sahələri soyuqdan zədələnmənin əlamətidir; bu sahələri ovxlamadan, tədricən isidərək bərpa etmək lazımdır.






