Son araşdırmalar və dietoloqların açıqlamalarına görə, hər səhər bir ədəd xiyar istehlak etmək orqanizmin günə daha yüngül və sağlam başlamasına kömək edir. 

Foodinfo.az xəbər verir ki, xiyarın tərkibində yüksək miqdarda su, vitaminlər və minerallar olduğu üçün o, bədəni həm nəmləndirir, həm də maddələr mübadiləsini aktivləşdirir.

Səhər yeyilən xiyar mədə turşuluğunu balanslaşdırır, ödemi azaldır və həzm sisteminin gün ərzində daha rahat işləməsinə şərait yaradır. Tərkibindəki antioksidantlar isə hüceyrələri qoruyaraq gün boyu daha çox enerji təmin edir.

Bu sadə vərdiş həm arıqlamaq istəyənlər, həm də sağlam qidalanmağa çalışanlar üçün əlçatan və effektiv üsuldur. 

Gündəlik qida rasionuna bir xiyar əlavə etmək ümumi sağlamlıq üçün kiçik, amma çox faydalı addımdır.