Yutuber 21 yaşlı Brendon Uilyam 30 günlük şəkərsiz həyat sınağı keçirib.
O, öz rasionundan şəkər tərkibli bütün qidaları və zərərli yeməkləri çıxarıb. Buna qədər oğlan demək olar ki, qeyri sağlam qidalanırdı.
O, həftə-həftə dəyişiklikləri qeydə alıb və çəkilişlər edib.
Foodinfo.ax Medicina.az-a istinadla xəbər verir ki, o şəkərdən üzündəki sızanaqlardan xilas olmaq üçün imtina etmək qərarına gəlir.
Şəkərdən imtinanın ilk 3 günündə onda problemlər başlayır:
 
“Mən çox yorğunam. Başım ağrıyır və dayanmır. Bu gün şirniyyat yeməsəm ölərəm ki?”
 
Şəkərdən imtinanın asılılıq “lomkası” getdikcə artırdı və bir həftədən sonra pik həddə çatdı.
 
“Ürəyim o qədər şirin bir şey istəyir ki, az qalıram kağız gəmirim”
Fikrini yayındırmaq üçün o məşqləri və idmanı artırır.
30 günü dözən Uilyam bir ayın sonunda hiss edir ki, daha sevimli konfetləri üçün darıxmır.
Bəs 1 aylıq mübarizədən nə qazandı?
- 3 kq arıqladı və bədəni relyefli forma aldı, əzələləri daha qabarıq göründü
- Lakin üzdəki aknelər elə də azalmadı
- Yuxusu normallaşıb, gecələr oyanıb, səhərə kimi yerində qalmır
- gün ərzində enerjisi daha çoxdur
- Zehni daha iti olub
- İştahım yaxşılaşıb, yeməkdən zövq alıram
- Həzm yaxşı gedir, əvvəllər problemlər var idi.