Yeni araşdırma xəbərdarlıq edir ki, 2050-ci ilə qədər dünyada diabet xəstələrinin sayı iki dəfə artacaq və bir milyarddan çox olacaq.
Foodinfo.az-ın məlumatına görə, Sağlamlığın Ölçmə və Qiymətləndirilməsi İnstitutunun alimlərinin araşdırması göstərir ki, baxmayaraq ki, dünyanın bir çox ölkəsində xəstəliyin əhəmiyyətli dərəcədə artması müşahidə olunsa da, daha çox bu, Afrika və Yaxın Şərq regionlarının payına düşəcək.
2-ci tip diabetin əksəriyyətini təşkil edəcəyi gözlənilir. əsas risk faktoru isə piylənmə olacaq.. Tədqiqat artan diabet epidemiyasının qarşısının alınması və idarə olunması üçün səhiyyə xidmətlərinə əlçatanlığın artırılmasına və ətraf mühitin dəyişilməsinə ehtiyacın olduğunu vurğulayır.
Xatırladaq ki, qanda şəkərin yüksək səviyyəsi ilə xarakterizə olunan şəkərli diabet düzgün müalicə edilmədikdə ciddi fəsadlara səbəb ola bilər.
Nərmin