40 yaşa çatdıqdan sonra maddələr mübadiləsinin sürəti azaldığı üçün arıq və incə qalmaq çətindir. Bununla belə, rasiona doğru qidaları daxil etməklə metabolizmi sürətləndirə bilərsiniz. 

Foodinfo.az xəbər verir ki, bu barədə endokrinoloq, diyetoloq Anton Polyakov danışıb.

Onun sözlərinə görə, bu qidalar arasında orqanizmə enerji verən mitoxondriyaların stimulyatoru olan kakao birinci yerdədir. Çünki insan halsızlıq hiss etdikdə iştahı artır, bu da əlavə kiloların yığılmasına səbəb olur.

İkinci yerdə nardır. Onun tərkibində mitoxondriyaların artmasına təsir edən urolitin var. 

Üçüncü yerdə isə balıqdır. Onun tərkibindəki omeqa-3 kaloriləri istiliyə çevirir və maddələr mübadiləsini stimullaşdırır. 

Diyetoloq Mixail Ginzburq siyahıya acı şokolad, çay, zəncəfil, sarımsaq, istiot və darçını əlavə edib.

Eyni zamanda həkimlər məhsulların maddələr mübadiləsini birbaşa sürətləndirmədiyini, lakin bu prosesdə iştirak edən mexanizmləri işə saldığını vurğulayıblar.

Fərid