Kalsium və B12 vitamini çatışmazlığını aradan qaldırmaq üçün ispanaqı pəhrizə daxil etmək lazımdır. Bu göyərti növü 50 yaşdan yuxarı insanlar üçün çox faydalı qida mənbəyidir. Foodinfo.az xəbər verir ki, bunu rusiyalı diyetoloq Emi Qudson açıqlayıb. Onun sözlərinə görə, ispanaqın 50 qramında A vitamininin gündəlik tələbatı var. Tərkibində qan keyfiyyətinin yüksəlməsi və onun laxtalanması üçün lazım olan çoxlu K vitamini də mövcuddur, bu maddə sümüklərdə kalsiumu qoruyub saxlamağa və onları gücləndirməyə kömək edir. Bu, xüsusilə 50 yaşdan yuxarı insanlar üçün vacibdir. “İspanaq kalsium, kalium və bəzi vitamin B12 ehtiva edir və bağırsaq, ürək sağlamlığı üçün vacib olan bitki lifi ilə zəngindir. Bu göyərtinin tərkibindəki antioksidanlar orqanizmin iltihabla mübarizə aparmasına kömək edir”, - deyə həkim bildirib. Qudson onu da qeyd edib ki, bu yaşda qida rasionuna kifayət qədər miqdarda istənilən təzə tərəvəz əlavə etmək vacibdir.