Alma və zəncəfil aclıq hissini azalda bilər. Onlar həm də orqanizm üçün faydalıdırlar.
Foodinfo.az xəbər verir ki, bu barədə qastroenteroloq Alla Nerullina “Gazeta.ru”ya müsahibəsində danışıb.
"Liflə zəngin meyvələr (məsələn, alma) aclıq hissini mükəmməl şəkildə azaldır və çox faydalıdır: onlar bağırsaqların optimal mikroflorasını saxlamağa, iltihabla mübarizə aparmağa kömək edir və müntəzəm olaraq istehlak edildikdə qəbizlik və disbakteriozun öhdəsindən gəlir, qan şəkərinin səviyyəsini normallaşdırır", - deyə Nerullina izah edib.
Onun sözlərinə görə, qoz-fındıq da liflə zəngindir, lakin kalorili olduğuna görə çox yeyə bilməyəcəksiniz.
Aclıq hissini azaltmaq üçün yeməyinizə və ya çayınıza zəncəfil əlavə edə bilərsiniz. Onun kökündə gingerol var və leptin səviyyəsini aşağı salmağa kömək edir, bu isə iştahın azalmasına səbəb olur.
Həkimin sözlərinə görə, tərkibində kofein olan yaşıl çay da iştahı azaldır və maddələr mübadiləsini yaxşılaşdırır.
Tərkibində çoxlu lif olan avokado vəasanlıqla həzm olunan zülallarla zəngin yumurta da tox tutan və faydalı qidalar sırasındadır.
Natəvan