Mədə xorası olan insanlar üçün limonlu su dərhal diskomfort yaradır.
Foodinfo.az xəbər verir ki, limon turşusu mədənin yaralı divarlarına daxil olduqdan sonra qıcıqlanma baş verir, lakin bunu yeməkdən sonra və ya yemək zamanı etsəniz, heç bir zərəri olmayacaq.
Belə ki, mədə-bağırsaq traktının bir sıra xəstəliklərində, o cümlədən yemək borusu və mədənin iltihabı zamanı limonlu su içmək əks göstərişdir. Bundan başqa, həkimlər xəbərdarlıq edir ki, diş minasını məhv etməmək üçün hər kəs limonlu suyu çubuqla içməlidir.