Rəngi ilə bütün digər ballardan asanlıqla seçilən ağ bal son zamanlar gündəmdədir. Ağ bal və ya qaymaqlı bal adlanan bu qida bilavasitə pətəkdən alınan arı məhsulu deyil. Pətəkdən maye halında kristallaşma prosesi ilə çıxan balın bala zərər verməyəcək şəkildə rəng və forma dəyişməsidir.
Foodinfo.az xəbər verir ki, Qafqazın yüksək dağlarında görünən arıların hazırladığı bu bal çox faydalıdır.
Təbii şəkərə olan ehtiyacı ödəməklə min dərdin dərmanı olan bu balın mövcudluğu qədim dövrlərə gedib çıxır.
Qafqazın dağlıq bölgələrindəki arılar müxtəlif genetik quruluşlarına görə və yüksək bölgələrdə yetişən bitkilərlə qarşılıqlı əlaqədə olduğundan ağ bal verirlər.
Bəs, ağ balın sağlamlığımız üçün nə kimi faydaları var?
Ən çox tanınan və ən əhəmiyyətli xüsusiyyəti immunitet sisteminin gücləndirməsidir. Tərkibindəki vitamin və minerallar sayəsində immunitet sistemini gücləndirir. Tez xəstələnən bir bədənə sahibsinizsə, uyğun miqdarda balı istehlak edə bilərsiniz.
Ağ balın tərkibində güclü antioksidanlar var. Bu antioksidantlar sayəsində orqanizmdə olan zərərli maddələr xaricə atılır.
Həzm sisteminin sağlam şəkildə işləməsinə kömək edir. Mədənin şişməsi və mədənin turşulaşmasının qarşısını alaraq müxtəlif mədə problemlərinin həlli edir. Mədə fermentlərini tarazlaşdırdığı da deyilir.
Ağ bal da ürək xəstəliklərinin qarşısının alınmasında çox təsirlidir. Qan dövranını sürətləndirir və damarlarda qanın laxtalanmasının qarşısını alır. Ürək-damar xəstəliklərinin inkişaf riskini azaltmaqla infarkt riskinin də qarşısı əhəmiyyətli dərəcədə alır.
Ağ balın digər bir faydası da hüceyrə yeniləyici xüsusiyyətidir. Dəri hüceyrələrinin bərpasında mühüm rol oynayır, yaşlanma əleyhinə təsiri ilə bütün qırışlarınızla vidalaşa bilərsiniz. Daha parlaq və təmiz dəriyə sahib olmaq üçün xaricdən də istifadə edə bilərsiniz. Həm də müntəzəm istifadə ilə sızanaq və qara nöqtələri nəzərəçarpacaq dərəcədə azaldır.
Sinir hüceyrələrini stimullaşdıraraq beyin hüceyrələrinin sağlam işləməsini təmin edir. Diqqətin dağınıqlığına da müsbət təsir edir. Bu səbəbdən uşaqlar üçün rahatlıqla seçə bilərsiniz. Stressə qarşı daha möhkəm və sağlam bir sinir sistemi əldə edə bilərsiniz.
Ağ bal da qan axını sürətləndirir.
Eyni zamanda ağ bal öskürək və bəlğəm problemi olanlar üçün təbii dərmandır. Xüsusilə qış aylarında istehlak edilməsi tövsiyə olunur.
Xüsusilə qrip, soyuqdəymə kimi qış aylarında daha çox qarşılaşdığımız soyuqdəymələrin həm başlanğıcında, həm də sağalma prosesində çox faydalıdır. Həm xəstəliyin başlanmasının qarşısını alır, həm də xəstələnəndə sağalma müddətini sürətləndirir.