Ağciyərlərimizin sağlamlığı üçün meyvə və tərəvəzlərdən istifadə şərtdir. Foodinfo.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə dietoloq Hande Güngör danışıb. 
Ekspertin sözlərinə görə, insan bədəni qidaları yanacaq olaraq istifadə edir:
“Qidaların orqanizmdə yanacağa çevrilməsi prosesinə metabolizma deyilir. Oksigenlə birlikdə emal olunan qidaların doğru metabolizə olunması üçün sağlam tənəffüs sisteminə ehtiyac var”, - deyə dietoloq bildirib. 
O qeyd edib ki, ağciyərlərin sağlamlığı üçün arpa, yulaf və mərcimək kimi qidalar önəmlidir. Onların tərkibində B vitamini və maqnezium var.  Bundan əlavə çuğundur, bibər, balqabaq, pomidor, qırmızı kələm kimi məhsullar ağciyər xərçəngi riskini azalda bilir.

Nurlan