Alça yay aylarının ən məşhur meyvələrindən biridir. Hər kəsin sevimlisi olan alçanın faydalarını saymaqla bitmir. Müalicə mənbəyi olaraq görülən alça yüksək miqdarda vitamin və mineral ehtiva edir. Ancaq alçanın yanlış istehlakı sağlamlıq problemləri yarada bilər.

Foodinfo.az xəbər verir ki, alça yüksək miqdarda A, C və K vitaminlərini ehtiva edir. Bədənə enerji və güc verən alça bir çox xəstəliklə mübarizə aparır. Çox aşağı kalorili olan alça da sağlam qidalananların sevimlisidir. Ancaq alçanı yeyərkən edilən kiçik bir səhv olduqca zərərli ola bilər. 

Mütəxəssislər duzla alçanın birlikdə istehlakından qaçınmaq lazım olduğunu bildirirlər. Çünki çox miqdarda duz qəbulunun bədəndə ödemə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

 Bundan əlavə, ac halda yüksək miqdarda istehlak edilən alça mədə problemi olan insanlarda qaz əmələ gəlməsinə səbəb ola bilər.

Alça ürək xəstəliklərinə qarşı qoruyucu təsir göstərir. Onun bir porsiyasında 157 mq kalium var. Tərkibindəki kalium ürək əzələlərinin işini tənzimləyir və təzyiqi aşağı salaraq yüksək təzyiqin qarşısını alır. Tərkibindəki lif sayəsində pis LDL xolesterini də azaltmağa kömək edir. Bunlara əlavə olaraq yaşıl gavalı tərkibindəki zəngin C vitamini ilə zədələnmiş damarların bərpasında iştirak edir.

Alça gündəlik C vitamini ehtiyacının 10 faizini ödəyir. Tərkibində C vitamini olan qidalar dəmirlə istehlak edildikdə dəmirin udulmasını artırır. Əgər qan azlığı probleminiz varsa, dəmir qaynağı olan qırmızı ətin yanında alça və bol göyərti ilə salat yeyərək bunda yararlana bilərsiniz.

Alça aşağı glisemik indeksli bir meyvə olmaqla qan şəkərinin tənzimlənməsini dəstəkləyir. Banan, üzüm, qovun və qarpız kimi meyvələrlə müqayisədə qan şəkərinə daha yaxşı nəzarət edir. Xüsusilə diabet xəstələri alça ilə birlikdə 10 ədəd çiy badam istehlak edərək balanslı qəlyanaltı yarada bilərlər.

Bu meyvə beta-karoten, lutein və zeaksantin kimi antioksidan birləşmələrlə zəngindir. Bir porsiya alça 190 mkq beta-karotin ehtiva edir. Bədəndə əmələ gələn sərbəst radikallar, katarakt, gecə korluğu və makula degenerasiyası kimi göz xəstəliklərinə səbəb ola bilər. Alça tərkibindəki bu antioksidan birləşmələrlə sərbəst radikallarla mübarizə aparır və göz sağlamlığını qorumağa kömək edir.