Xüsusilə yaşlı insanlar üçün hər gün çiyələk yemək faydalıdır, çünki bu, beynin idrak funksiyalarını yaxşılaşdırır və qan təzyiqini aşağı salır.
Foodinfo.az bildirir ki, bunu San Dieqo Dövlət Universitetinin bir qrup alimi tərəfindən aparılan araşdırmanın məlumatları sübut edir.
Bu araşdırma göstərir ki, çiyələk yemək idrak funksiyasını yaxşılaşdıra və ürək-damar xəstəliklərinin inkişaf riskini azalda bilər. Bildirilir ki, tədqiqatda iki ay ərzində 26 qram dondurulmuş qurudulmuş çiyələk tozu qəbul edən 66-78 yaş arası 35 sağlam insan iştirak edib.
Nəticələr göstərib ki, subyektlərin koqnitiv emal sürətində 5,2% artım, həmçinin sistolik qan təzyiqində 3,6% azalma var. Onların ümumi antioksidant qabiliyyəti 10,2% artıb, bel ətrafı isə 1,1% azalıb.
Nurlan