Rusiyada analitiklər araşdırma apararaq sağlam qidalanmanın ruslar üçün nə demək olduğunu və onların onun prinsiplərinə əməl edib-etmədiklərini öyrəniblər. Foodinfo.az xəbər verir ki, sorğu iştirakçılarının 73%-i üçün sağlam qidalanma un, qızardılmış, şirin, yağlı qidalar və spirtdən uzaq durmaq olub.
“18% şirniyyat və spirt istehlakını problem hesab etmir. Qalanları əmindirlər ki, düzgün qidalanma müəyyən qidaları məhdudlaşdırmaqla yanaşı, həm də saatlarla yemək, oruc tutmaq və ciddi içmə rejiminə riayət etməyi tələb edir”, – araşdırmada vurğulanır.
Mütəxəssislərin müəyyən etdiyi kimi, rusların 41%-i düzgün qidalandıqlarına inanır.
“37% bunun üçün çalışır, lakin hələ də sevimli məhsullarından imtina etməyə hazır deyil. 28% əmindir ki, düzgün qidalanma büdcəyə ciddi zərbədir”, - sorğunun nəticələrində deyilir.
Qeyd olunur ki, ruslar şəkəri ən təhlükəli məhsul hesab edirlər - respondentlərin 67%-nin cavabı belə olub.
Bundan əlavə, sorğu iştirakçılarının 64%-i, hətta arabir kolbasa istehlak etsələr də, onun zərərli olduğuna əmindirlər.
Ümumilikdə tədqiqatda 1,7 mindən çox respondent iştirak edib.
Nərmin