Türkiyəli mütəxəssislərin fikrincə ac qalmaq, eləcə də pəhriz saxlamaq orqanizm üçün faydalıdır. Əsasən də xərçəng xəstəliyinin sağalmasında pəhriz böyük rol oynayır.
Ürəyin sağlamlığı da qidalanmadan çox asılıdır.
Foodinfo.az xəbər verir ki, mütəxəssislər bəhməz, kərə yağı, ət və ət məhsulları, süd və süd məhsullarını ürək- damar sisteminin sağlığına uyğun qida hesab etmir.
Ürək sağlığı üçün almanın faydası daha çoxdur. Almanın da rənglərinə uyğun düzgün seçilməsi önəmlidir. Buna baxımdan yaşıl alma ürək çatışmazlığında faydalıdır.
Ürəkdə çırpıntı və ritmin pozulmasına alma sirkəsi faydalı hesab edilir. Ürək ritminin pozulmasına səbəb həyəcanlanmaq və ürəyin ətrafında yerləşən sinir hüceyrələrinin üzərində olan elektrik axınının müəyyən nöqtədə toquşması nəticəsində baş verir.
Alma sirkəsi içdikdə, o sinirləri stabilləşdirir və ürək ritiminin pozulmasının qarşısını alır.
Ümumiyyətlə, mütəxəssilər bildirirlər ki, alma sirkəsi və alma bir arada qəbul edildikdə, ürəkdəki digər problemləri aradan qaldırır.