Alma insan orqanizmi üçün sağlamlıq faydaları ilə dolu bir meyvədir, lakin həddindən artıq istehlakı zərərli ola bilər.

Foodinfo.az xəbər verir ki, rusiyalı dietoloq, həkim Rima Moizenko almanın sağlam olması və istənilən miqdarda yeyilməsi ilə bağlı hökm sürən fikirlərin yalan olduğunu bəyan edərək, həddindən artıq istehlakın fəsadları barədə xəbərdarlıq edib. Çoxlu alma istehlakı orqanizmdə maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər.

O, deyir: "Ümumiyyətlə belə bir deyim var: Meyvə-tərəvəz yaxşıdır, insan istədiyi qədər yeyə bilər. Amma çox miqdarda meyvə yemək, xüsusilə almalar köhnə xroniki xəstəlikləri ağırlaşdıra və ya hətta yeni xroniki xəstəliklərə səbəb ola bilər."

Bu mütəxəssis gündə üçdən çox alma yeməyi məsləhət görmür. Meyvə istehlakına gəlincə, tövsiyələr var ki, hər bir adam gündə orta hesabla 300 qram meyvə yeyə bilər, istər alma, istər gavalı, istərsə də armud. Yəni bu, bir gündə yeyilə biləcək maksimum meyvə miqdarıdır. Bu o deməkdir ki, gündə 2-3 alma yeyə bilərsiniz.

O, əlavə edir ki, şəkərli diabetdən əziyyət çəkən insanlar almadan həddən artıq istifadə etməməlidirlər, çünki almanın tərkibində fruktoza yüksəkdir.