Dəmir çatışmazlığı anemiyası bədəndə kifayət qədər dəmir olmadığı bir vəziyyətdir. 

Foodinfo.az xəbər verir ki, həkim Elena Boqatovan bu xəstəliyin yaranma səbəblərindən danışıb.

Onun sözlərinə görə, ilk növbədə, bu, dəmirin qidadan kifayət qədər qəbul edilməməsi ilə bağlıdır. Onu ət, balıq, qoz-fındıq, yaşıl tərəvəz və digər qidalardan almaq olar. 

Digər səbəb qan itkisidir. Çox vaxt qadınlarda menstruasiya zamanı və mədə xorası, babasil və digər problemlərdən qaynaqlanan qanaxması olan insanlarda baş verir.

Bəzən dəmir çatışmazlığı, məsələn, qlütenə qarşı dözümsüzlük, xroniki qastrit və ya mədə xorası olduqda, bədənin dəmiri yaxşı qəbul etməməsi ilə əlaqələndirilir. 

Hamilə qadınlar, uşaqlar və qan itkisi yaşayanlar da dəmirə artan ehtiyacla qarşılaşa bilərlər.

Anemiyanı aşkar etmək üçün həkimlər dərinin vəziyyətinə diqqət edirlər, çünki solğun dəri anemiyanın ilkin əlamətlərindəndir. Yaşlı insanlaraa anemiya və ya digər problemlərin olub-olmadığını yoxlamaq üçün mütəmadi olaraq ümumi qan analizi vermək məsləhətdir.

Nərmin