Gün ərzində aclıq hiss etməyə başladığınızda və enerjiniz düşdüyündə bəzi qidalarla enerjinizi artıra və aclığınızı sakitləşdirə bilərsiniz. Zülal, lif və vitaminlərlə zəngin qidalar sizi nəinki tox saxlayır, həm də bədəninizin daha canlı olmasına kömək edir.

Foodinfo.az gün ərzində yeməklər arasında istehlak edə biləcəyiniz qəlyanaltıları təqdim edir.

Qoz-fındıq

Xüsusilə çiy istehlak edildikdə gündəlik həyatınızda ehtiyac duyduğunuz enerjini asanlıqla əldə etmənizi təmin edəcək möcüzəvi qidadır. Gün ərzində qəlyanaltılarda bir ovuc fındıq, qoz və ya badam istehlak edərək həm daha gümrah ola, həm də qidalanma proqramınıza keyfiyyətli dəstək verə bilərsiniz. 

Qurudulmuş meyvələr

Mövsümdə təzə alıb düzgün texnika ilə asanlıqla quruda biləcəyiniz gavalı, ərik, əncir, üzüm, alma kimi meyvələr həm qalıcı olması, həm də qida dəyərini qorumaq baxımından keyfiyyətli qəlyanaltılardır. Demək olar ki, hər marketdən qablaşdırılmış şəkildə ala biləcəyiniz bu ləzzətli qida qrupu tərkibindəki müxtəlif vitaminlərlə sizi fit saxlayacaq və lifli quruluşu ilə arıqlamaq istəyənlərin ən yaxın dostu olacaq. Unutmayın ki, qan dəyəriniz də uyğun miqdarda istehlak edəcəyiniz quru meyvə növləri ilə tarazlaşacaq.

Qatıq

Dünyanın bir çox yerində uzun və sağlam həyatın simvolu kimi tanınan bu möcüzəvi qida tərkibindəki kalsiumla yağ yandırmağınızı asanlaşdırır. Təbii yolla istehsal olunan və mümkünsə evdə fermentasiya edilən qatıqla gün boyu yaxşı yemək və enerjili qalmaq mümkündür!

Yaşıl içkilər

 İspanaq, pazı, rukkola, cəfəri, reyhan kimi möcüzə tərəvəzlərin qarışığından düzələn bu içkilər əsl vitamin anbarı hesab olunur. İmmunitetini gücləndirmək istəyənlər və ya detoks proqramı düşünənlər siyahısında ilk sırada yer alan yaşıl içki qrupu ehtiyac duyduğunuz enerjini təmin etmək üçün də ləzzətli bir seçimdir.

Tünd şokolad

Şokolad həyatımıza girdiyi gündən həm enerji, həm də xoşbəxtlik axtaranların ilk seçimidir. ltihab əleyhinə təsiri ilə maddələr mübadilənizə ciddi dəstək verəcək tünd şokolad güclü antioksidan hesab olunur. 

Avokado

 Avokadonun tərkibində C, E, K və B6 vitaminləri olduğu üçün qan dəyərinizə və ürək sağlamlığınıza xüsusilə dost olan bir meyvədir. B2, B3, B5, həmçinin maqnezium, kalium və omeqa-3 ilə də zəngindir. Avokadonu gündəlik pəhrizinizdən qaçırmamağa diqqət edin.

Xurma

Ümumiyyətlə qurudulmuş halda istehlak edilən və yüksək lif tərkibi ilə pəhriz saxlayanların yaxın dostu olan xurma həm də gün ərzində lazım olan karbohidrat, kalium, zülal, dəmir, mis, maqnezium, manqan, B6 vitamini ilə də orqanizmi təbii şəkildə təmin edir. Antioksidant təsiri də yüksək olan bu kiçik meyvənin möcüzələrindən yararlanmağı unutmayın.

Qəhvə

Gün ərzində enerjiyə ehtiyac duyulduqda asanlıqla köməyə gələn qəhvə, bəlkə də siyahımızda ən populyar əlavədir. 500 ildir mədəniyyətimizin ayrılmaz bir parçası olan qəhvə, tərkibindəki kofeinlə sağlam gün keçirmək istəyənlər üçün əhəmiyyətli bir seçimdir. Son illərdə peşəkar idmançıların pəhrizlərinə tez-tez əlavə edilən qəhvə ölçülü istehlak edildiyi müddətcə başqaları ilə paylaşa biləcəyiniz xoş bir enerji dəstəyi olacaq.

  Yaşıl çay

Tərkibindəki zəngin polifenollar sayəsində immunitetinizi gücləndirən və güclü antioksidant təsir göstərən yaşıl çaylar da tərkibindəki kofeinlə təbii enerji mənbəyidir. Təbii ki, yaşıl çaylar da bütün enerji verən qidalar kimi uyğun miqdarda istehlak edildikdə faydalıdır və ehtiyacı qarşılamaq üçün gündəlik miqdar insandan insana dəyişə bilər.