Adətən arzuladıqları çəkiyə çatdıqda inanlar arxayınlaşır və atdıqları kiloları geri almağa başlayırlar. Lakin anlamaq lazımdır ki, çəkini sabit saxlamaq üçün qidalanma və fiziki aktivliyi də daim nəzarətdə saxlamaq lazımdır.

Foodinfo.az xəbər verir ki, terapevt və diyetoloq Yelena Tixomirova arıqladıqdan sonra formada qalmağın yollarından danışıb.

O vurğulayıb ki, arıqlamağın uzunmüddətli proses olduğunu, daimi nəzarət və səy tələb etdiyini başa düşmək vacibdir. Bədəninizə və qidalanmanıza nəzarət bu prosesin ayrılmaz hissəsidir. Nəzarət itirilsə, çəki geri qayıda bilər, ona görə ömür boyu bu həyat tərzini qoruyub saxlamağı öyrənmək vacibdir.

Həkimin fikrincə, gündəlik kalori miqdarında kiçik qıtlıq yaratmaq əldə edilmiş çəkini qorumağa kömək edəcək, lakin bu, gündəlik səy və özünə nəzarət tələb edir. Əgər arıqladıqdan sonra kilolar qayıtmağa başlayırsa, bu, qidalanma və fiziki aktivliyə yanaşmanı düzəltmək üçün bir siqnal ola bilər. Belə hallarda Tixomirova qidalanma mütəxəssisinə müraciət etməyi məsləhət görüb.

Arıqlamaq bir çox psixoloji problemlər yarada bilən mürəkkəb bir prosesdir. Onlardan biri dismorfofobiyadır. Bu, insanın öz bədəninin qəbullanmasının pozulmasıdır ki, özünü xarici görünüşdən narazılıq və qida ilə bağlı obsesif düşüncələrdə büruzə verir.

“Ona görə də arıqlamaq prosesinə başlamazdan əvvəl özünüzdən buna həqiqətən ehtiyacınız olub-olmadığını və bu istəyin arxasında hansı motivlərin dayandığını soruşmaq vacibdir”, - deyə həkim bildirib.

Leyla