Alimlər müəyyən ediblər ki, albalı sayəsində daha sürətli arıqlamaq olar. Giləmeyvə aşağı qlisemik indeksə, əla dada malikdir və gündəlik pəhrizdə şirniyyatı əvəz edə bilər.  Foodinfo.az xəbər verir ki, bunu "med-heal.ru"da yayımlanan tədqiqatın nəticələri sübut edib. Təcrübə çərçivəsində alimlər gilasın siçovullara təsirini araşdırıblar. 12 həftə ərzində gəmiricilərə antioksidantlarla zəngin olan yetişmiş içki verilib, nəzarət qrupuna isə giləmeyvədən istifadə etməyən heyvanlar daxil edilib. Nəticədə ilk qrupda qarın nahiyəsində piylərin 9% azaldığı müəyyən olunub.