Klassik dondurmanın yağlılığı 12-13%-dir, lakin tərkibinə 15-20% süd yağı da ola bilər. Belə bir desertdən tez-tez istifa etmək gec-tez bədən quruluşunuza və ümumiyyətlə sağlamlığınıza təsir göstərəcək. 

Foodinfo.az xəbər verir ki, "Budu" onlayn sağlamlıq idarəçiliyi xidmətinin diyetoloqu Nataliya Qridina bu qidanın alternativ variantları haqqında danışıb.

"Mağazalarda satılan dondurma kifayət qədər yüksək kalorili məhsuldur. O, yağ və şəkərdən ibarətdir. Adətən məhsulun 100 qramında 300-400 kalori olur", - deyə həkim izah edib.

Buna görə şərbətdən hazırlanan meyvəli dondurmaya (meybuzlara) üstünlük vermək daha yaxşıdır - onların kalorisi daha azdır. 

Dietoloq onu da xatırladıb ki, hazırda mağazalarda zülallı dondurma və ya şəkər əvəzedicisi ilə hazırlanan dondurmaların geniş çeşidi təklif olunur.

Digər variant dondurmanı evdə hazırlamaqdır. Bu halda siz məhsulun tərkibində nə olduğunu dəqiq biləcəksiniz, şəkər və yağ miqdarına nəzarət edəcəksiniz.

"Kəmiyyət məsələsinə gəldikdə isə, cavab vermək çətindir. Dondurma şirniyyat növüdür. Ona görə hər gen dondurma yemək bədən quruluşuna və qanda şəkərinin səviyyəsinə o qədər də yaxşı təsir göstərmir. Bu səbəbdən həftədə 1-3 dəfə bir ədəd dondurmayla kifayətlənmək daha yaxşıdır", - deyə həkim dondurmadan kökəlmək istəməyənlərə tövsiyə edib.

Fərid