Rusiyalı həkim-dietoloq İrina Pisaryeva o kalorili məhsullar barəsində danışıb. Foodinfo.az bu barədə RT-yə istinadən xəbər verir. Mütəxəssisin fikrincə, bura həzm edilməsi tərkibində olandan eyni və ya daha çox kalori tələb edən qidalar daxildir.

“Məsələn, bir parça xiyarda 10 kkal var və biz çeynəmə və həzm üçün 15 kkal sərf edirik – yeni mənfi kalorili bir məhsul alırıq”, - deyə həkim bildirib.
Həkim bu cür məhsullara həmçinin göyərti, dəniz yosunu, kərəviz, kələm, xiyar, balqabağı da nümunə göstərib: “Bu məlumat arıqlamaq istəyənlər üçün faydalıdır, çünki arıqlayan zaman aclıq pəhrizinə getməyə ehtiyac yoxdur. Pəhrizinizə çox miqdarda kalorisi sıfır olan məhsulları daxil etmək kifayətdir”.

Leyla