Arıqlamaq istəyən insan öz pəhrizinə baxmalıdır. Balanslaşdırılmış olmalıdır. Axşam yeməyinə gəlincə, bədəni çox yükləməmək üçün yüngül yeməklər seçməlisiniz.
Foodinfo.az xəbər verir ki, bunun üçün asanlıqla həzm olunan protein və lif seçmək lazımdır. Məsələn, balıq və dəniz məhsullarına üstünlük verməlisiniz. Onları bişirmək daha yaxşıdır.
Bundan əlavə, tərəvəzləri sobada bişirmək olar. Az miqdarda meyvə və ya bişmiş yumurta ilə kəsmik uğurlu seçimdir.
Əgər tez çəki azaltmaq istəyirsinizsə, o zaman axşam karbohidratları məhdudlaşdırmaq daha yaxşıdır.

Leyla