Armud meyvəsi konusvari, ətli, şirin bir meyvədir. Onun ağacının hündürlüyü təxminən 10 metrə çatır. Dünyada 3000-ə yaxın armud növü vardır ki, onlar ölçüsünə, formasına, şirinliyinə və möhkəmliyinə görə təsnif edilir.
Foodinfo.az xəbər verir ki, hər növ meyvə-tərəvəzin istehlakı kimi, armud yemək də orqanizmdə xəstəlikləri böyük ölçüdə azaldır.
Armud sinir xəstəliklərinin yaranmasının qarşısını alır, beyni nəmlə təmin edir, susuzluğu, nəfəs darlığını, sidik kisəsinin qıcıqlanmasını, qəbizliyi aradan qaldırır.
Ənənəvi tibbdə armudun zərərləri arasında yalnız ac qarına armud yeməyi qeyd edə bilərik. Həmçinin, armud istehlak etdikdən sonra su içməmək tövsiyə olunur.
Armudun kalorili cədvəli:
Yağ - 0,3 qram
Karbohidrat - 27 qram
Zülal - 0,6 qram
Lif - 5.5 qram
Kalori - 101 qram