Avokado ürək fəaliyyətinə kömək edir və təzyiqi salır, lakin kalorilərə nəzarət edənlər bu meyvədən  çox istifadə etməməlidirlər. 

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Tatyana Semyonova danışıb.

Mütəxəssis izah edib ki, meyvənin əsas faydalarından biri həzmə müsbət təsiridir. Tərkibindəki lif iştahı tənzimləməyə və immun sistemini gücləndirməyə kömək edir. Bundan əlavə, avokado banandan daha çox kalium ehtiva edir ki, bu da, öz növbəsində, ürəyə yaxşı təsir edir və qan təzyiqini aşağı salmağa kömək edir.

Avokadonun digər faydalı xüsusiyyəti "təbii" antidepresant olmasıdır. Bu meyvənin tərkibində omeqa-3 yağ turşuları olduğu üçün qida rasionuna avokado əlavə etmək stress səviyyəsini azaldır.

Həkim onu ​​da bildirib ki, avokadonun tərkibində göz sağlamlığı üçün dəyərli karotinoid olan luten və zeaksantin var. Bununla belə, avokadodan həddən artıq çox yeyilməməlidir. Xüsusilə kalorilərə diqqət edənlərə gündəlik dozanı məhdudlaşdırmaq tövsiyə olunur - gündə ikidən çox avokado yemək məsləhət deyil. 

Uşaqda ishal riskinin qarşısını almaq üçün süd verən analar bu məhsulu rasiondan çıxarmalıdırlar.

Leyla