Badam uzun müddətdir faydalı qidalar siyahısında yer alır. Yeni araşdırma isə göstərir ki, bu qoz növü artıq çəkidən qurtulmaq istəyən insanlar üçün xüsusilə faydalı ola bilər.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, Avstraliya alimlərinin apardığı tədqiqat badamın müntəzəm istifadəsinin arıqlama prosesinə müsbət təsir göstərdiyini ortaya qoyub.

Araşdırma Cənubi Avstraliya Universitetinin alimləri tərəfindən həyata keçirilib. Tədqiqatda artıq çəki problemi olan 106 könüllü iştirak edib və onların yaşı 25-dən 65-ə qədər dəyişib. İştirakçılar iki qrupa bölünüb və doqquz ay ərzində xüsusi qida rejiminə əməl ediblər.

Birinci qrup yüksək karbohidratlı düyü krakerləri qəbul edib. Digər qrup isə gündəlik qida rasionunda badamdan istifadə edib.

Tədqiqatın nəticələrinə görə, badam qəbul edən iştirakçılar bədən çəkilərinin orta hesabla 9,3 faizini itiriblər. Bundan əlavə, onlarda ürək-damar sisteminin göstəricilərinin də yaxşılaşdığı müşahidə olunub.