Ramazan ayında oruc zamanı bədənimiz uzun müddət susuz qalır. Bu səbəbdən su balansının qorunması həm enerjinin saxlanması, həm də həzm sisteminin düzgün işləməsi üçün əsas şərtdir.

Foodinfo.az Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) məlumatlarına istinadla bildirir ki, orucu açarkən 1-2 stəkan ilıq su içmək lazımdır.

İftarda ilıq su içdikdən sonra zeytun, xurma, tərəvəz salatı və göyərti yeyin, 15-20 dəqiqə fasilədən sonra əsas yeməklərə başlayın.

İftar-imsak arasında fasilələrlə su içmək orqanizmin vitamin və minerallara olan ehtiyacını daha yaxşı qarşılayır.

Bitki çayı, az şəkərli kompot, ayran və süd kimi mayelər bağırsaqların fəaliyyətinə müsbət təsir göstərir. Qəhvə və tünd çay susuzluq yarada bilər.

Maye tərkibli qidalar – şorba, tərəvəz, meyvə, qatıq, kefir su ehtiyacını qarşılayır, həzm prosesinə dəstək olur.

İftardan sonra qısa gəzinti mayeni orqanizmə yaxşı paylayır və həzmi asanlaşdırır.

Ramazan ayında su balansı qorunduqda halsızlıq azalır, həzm rahatlaşır və oruc daha rahat keçir.