Araşdırmalar göstərib ki, sarımsağın orqanizmə bütün faydalarını təmin etmək üçün çiy halda istehlak edilməlidir. Lakin qoxusuna görə çiy halda istehlak edilməsinə üstünlük verilmədiyi üçün mütəxəssislər bal ilə birlikdə yeyilməsini tövsiyə edirlər. Balın tərkib hissələri ilə sağlamlıq faydalarını iki qat artıran sarımsağın bir çox xəstəliyin qarşısını aldığını vurğulanır.

 Foodinfo.az xəbər verir ki, sarımsaq yerin altında bitən və milyonlarla faydalı turşu ehtiva edən qidadır. Germanium və selen maddələri ilə zəngin torpaqlarda bitdiyi üçün insan sağlamlığına çoxlu faydaları var. Bu iki maddənin birləşməsi ilə alternativ təbabətin ən güclü dərmanı ortaya çıxır.

Bu iki qida maddəsi qanın laxtalanmasının qarşısını alır. Xüsusilə tromboz və varikoz damarlarının yaranmasının qarşısını alır. Tərkibindəki kükürd maddəsi bədəndəki qan dövranını tarazlaşdırır. Ürək sağlamlığına təsir edən yüksək təzyiq xəstəliyində qan axını balanslı olmalıdır. Bu qarışıq qan axını tarazlaşdırdığı üçün yüksək təzyiq və əlaqəli ürək xəstəlikləri riskini azaldır.

Çiy sarımsaq “alisin maddəsi” ilə çox zəngindir. Bu maddə damarlarda yığılan pis xolesterini təmizləyərək qan dövranını dəstəkləyir. O, həmçinin trigliserid səviyyələrini tarazlıqda saxlayır.

Mütəxəssislər bu qarışığı bədəndə balanssız iltihab nəticəsində yaranan xroniki xəstəlikləri azaltmaq üçün tövsiyə edirlər. Bundan əlavə, bu qarışıq ödemin qarşısını alır və əzələ xəstəlikləri üçün təbii ağrı kəsici olur.

Hər iki qidada yüksək miqdarda antimikrob maddələr olması immunitet sistemini gücləndirir və orqanizmin zərərli hüceyrələrə qarşı müdafiəsini artırır. İnfeksiya virusunun yaratdığı boğaz iltihabının da qarşısını alan bu möcüzə qarışığı davamlı öskürək üçün təbii müalicə kimi də istifadə olunur.

Qarışım necə hazırlanır?

Lazım olanlar:

1 stəkan bal 

10 diş çiy sarımsaq

 250 qramlıq şüşə banka

Hazırlanması:

Sarımsağı incə doğrayın və bankaya qoyun. Sonra üzərinə bal töküb qarışdırın. Qarışığı otaq temperaturunda saxlayın.

Hər səhər bu qarışımdan bir xörək qaşığı götürün və ilıq su ilə qarışdırıb yeyin. Bunu 7 gün davam edin. 1,5 həftəlik fasilədən sonra 7 gün təkrar istehlak edin.