Bal yalnız şirin dadına görə deyil həmçinin sağlamlığı yaxşılaşdırmağa və hətta arıqlamağa kömək edən bir məhsuldur.
Foodinfo.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bal əla tərkibə malikdir.
Tərkibində askorbin turşusu, B vitaminləri (riboflavin, niasin, pantotenik turşu, piridoksin, folasin) və faydalı mikroelementlər: kalsium, dəmir, fosfor, maqnezium, kalium, sink var.
Bundan əlavə, balın 80 faizi təbii şəkər və sudur. Bu, mütəxəssislərin fikrincə, onu unikal təbii enerji mənbəyi edir. Enerjini tez bərpa etməyə və güc verməyə kömək edəcəkdir.
Balın tərkibindəki flavonoidlər və digər birləşmələr ürək-damar sağlamlığını yaxşılaşdırmağa, görmə kəskinliyini qorumağa və bədəndəki iltihabın ümumi səviyyəsini azaltmağa kömək edir. Həmçinin, balın kiçik porsiyonları belə qanda "pis" xolesterinin səviyyəsini aşağı salmağa və bədəni aterosklerozdan qorumağa kömək edir.
Bir qaşıq bal mədə ağrılarını, o cümlədən xoradan əziyyət çəkənləri rahatlaşdıra bilər. Bundan əlavə, məhsulda arıların ifraz etdiyi və bakteriyaların inkişafına mane ola biləcək fermentlər var.
Həkimlər balı təbii probiotik adlandırırlar: onun tərkibində müxtəlif növ laktobakteriyalar və bifidobakteriyalar var.
Allergiyadan əziyyət çəkmirsinizsə, o zaman bal qrip və soyuqdəymə üçün əsl xilasedici ola bilər. Öskürək qıcıqlanmasını və boğaz ağrısını aradan qaldıracaq.
Bal yeməyin son səbəbi arıqlamaqdır. Şəkəri bu məhsulla əvəz etsəniz, əlavə funtlar yavaş-yavaş getməyə başlayacaq.
Fərid