Qatıq, zəncəfil və bal sağlamlıq üçün çox faydalı qidalardır. Bu üçlüyün qarışımı əsl sağlamlıq deposudur.
Foodinfo.az bu qarışımın faydalarını təqdim edir:
Tərkibindəki probiyotiklər sayəsində qatıq həzm sistemini tənzimləyir və bağırsaq sağlamlığını qoruyur. Tərkibindəki kalsium və proteinlə də sümük sağlamlığına öz faydasını verir. Qatıq həm də immunitet sistemini gücləndirir və orqanizmi infeksiyalardan qoruyur.
Zəncəfil antioksidan xüsusiyyətləri sayəsində bədəni sərbəst radikallardan qoruyur. Bundan əlavə, iltihab əleyhinə xüsusiyyətləri ilə romatoid artrit, xərçəng və ürək xəstəliklərinə qarşı qorunma təmin edir. Zəncəfilin tərkibindəki kurkumin sayəsində beyin funksiyalarını da dəstəkləyir.
Bal təbii antibiotik kimi tanınır. Tərkibindəki fermentlər sayəsində yaraların sağalmasına kömək edir. Bundan əlavə, balın antioksidan xüsusiyyətləri sayəsində bədəni sərbəst radikallardan qoruyur və immunitet sistemini gücləndirir. Bal da enerji verir və stresslə mübarizədə kömək edir.
Yarım stəkan qatığa əlavə etdiyiniz bir çay qaşığı toz zəncəfil və sarıkök immun sisteminizi gücləndirir, qışda daha çox rast gəlinən xəstəliklərdən və infarktlardan qoruyur.
Bəs qatıq, zerdeçal və bal qarışımı necə hazırlanır?
1 kasa qatıq
1 çay qaşığı zəncəfil
1 çay qaşığı sarıkök ( istəyə görə)
1 çay qaşığı bal
Bütün inqrediyentləri qarışdırıb zövqlə yedikdən sonra şəfa tapacaqsınız.
Bu qarışımın faydaları:
Boğaz ağrılarına və öskürəyə yaxşı təsir edir.
Qrip, soyuqdəymədən qoruyur.
Bədənə enerji verir.
Həzm sistemini balanslaşdırır.
Ürək bulanmasını aradan qaldırır.
Ana südünü artırdığı düşünülür.
Aybaşı sancılarını sakitləşdirir.
Xırıltıya yaxşı təsir edir.
Maddələr mübadiləsini sürətləndirir.
Ürək-damar sağlamlığını qorumağa kömək edir.
Cinsi gücü artırır.
Bəlğəmgətiricidir.
Balın tərkibində fol turşusu və bol miqdarda C vitamini olduğu üçün qatıqla birlikdə istehlak edildikdə immunitet sistemini gücləndirir və orqanizmə enerji verir. Bədənin itirdiyi müqaviməti bərpa etməyə kömək edir.
Əsəbləri sakitləşdirir və daha sakit əhval-ruhiyyəyə girməyə imkan verir. Bədənin şəkərə olan ehtiyacını da ödəyir.
Diş əti resessiyasına yaxşı təsir edir və həmçinin diş əti xəstəliklərini müalicə edir. İdmanla məşğul olanların əvvəlcədən istehlak etməsi tövsiyə olunur.
Tərkibində yüksək kalsium olduğu üçün sümüklərin rezorbsiyasını gecikdirir.
Bağırsaq xəstəliklərinə xeyirlidir. Kolon xərçənginin qarşısını alır.