Balqabaq çox asan həzm olunan, aşağı kalorili məhsuldur.
Foodinfo.az bildirir ki, balqabaq görmə, dəri və saçlara, skelet sisteminə faydalı təsir göstərən, qan təzyiqini sabitləşdirən bir sıra faydalı maddələr ehtiva edir.
Bu tərəvəz metabolik məhsulları, radionuklidləri, yağ, şəkər və digər zərərli maddələri bədəndən çıxarmağa kömək edir.
Bu xüsusiyyətlərə görə məhsul, xüsusilə uşaqlar, yaşlılar və müxtəlif xəstəlikləri olan insanlar üçün faydalıdır.