Tarixi prosesdə ağrıkəsici və iltihab əleyhinə vasitə kimi istifadə edilən söyüd ağacının qabığı min bir dərdin dərmanı olub. Tərkibində salisilin olduğu üçün aspirin xüsusiyyətinə malik olan söyüd ağacı qabığı adətən çay hazırlanaraq istehlak edilir.

 Foodinfo.az ürək sağlamlığından immunitet sisteminə qədər möcüzəvi təsiri olan söyüd ağacının faydalarını təqdim edir.

Söyüd qabığı salisilin ehtiva etdiyi üçün analjezik və iltihab əleyhinə təsir göstərə bilir. Bu xüsusiyyətlərə görə baş ağrısı, menstrual ağrı, revmatik ağrı və əzələ ağrısı kimi vəziyyətlərdə istifadə edilmişdir.

Söyüd qabığının iltihab əleyhinə xüsusiyyətləri revmatoid artrit kimi xroniki iltihablı xəstəliklərin simptomlarını aradan qaldırmaqda faydalıdır.

Salisilin antipiretik təsiri olan bir birləşmədir. Bu səbəbdən söyüd qabığından bəzən qızdırmaları idarə etmək üçün istifadə edilmişdir.

Salisilin qan laxtalanmasının qarşısını alır və qan damarlarını genişləndirə bilir ki, bu da ürək sağlamlığını dəstəklənmısi deməkdir.

Söyüd qabığı antioksidan xüsusiyyətləri sayəsində immunitet sistemini gücləndirir.

Bu təbii vasitə antiseptik xüsusiyyətlərə malik olduğundan dəri problemləri üçün də istifadə edilir.

Söyüd qabığı digər bitki çayları kimi dəmlənərək hazırlanır. Qaynar suya əlavə edilən söyüd qabığı beş dəqiqə dəmlənir, süzülür və içilir.

Qeyd: Çox təsirli bir bitki olduğu üçün heç vaxt həkimə müraciət etmədən istehlak edilməməlidir.