Hər kəsə məlumdur ki, siqaret çəkənlər öz orqanizmlərini nikotinlə zəhərləyirlər. Lakin bəzi qidalar orqanizmi nikotindən təmizləməyə kömək edə bilər.

 Foodinfo.az xəbər verir ki, diyetoloq Mariya Kapralova belə məhsulları sadalayıb.

Mütəxəssisin sözlərinə görə, nar, limon, portağal və brokkoli bu siyahıya daxildir. 

Nar siqaret, alkoqol və orqanizm üçün zəhərli olan digər maddələr kimi intoksikantlarla mübarizədə ən yaxşı vasitə hesab olunur. Bundan əlavə, nar qanın keyfiyyətini və dövranını yaxşılaşdırmağa kömək edir.

Həkim siqaret çəkənlərə rasiona sitrus meyvələrini və zəncəfili də daxil etməyi məsləhət görüb. Belə ki, limon və portağal maddələr mübadiləsini sürətləndirir. Zəncəfil kökü isə immuniteti qoruyur, siqaretə olan həvəsi azaldır.

Siqaret çəkənlər üçün faydalı olan məhsullar sırasına həkim, həmçinin, brokkoli, kivi və təzə göyərtiləri daxil edib. Kivi həzmi yaxşılaşdırmağa və depressiya ilə mübarizə aparmağa kömək edir. Brokkoli ifrazat və metabolik prosesləri tənzimləyir, təzə göyərtilər isə bütün orqanizmin təmizlənməsinə səbəb olur.