Bəzi qidalar bzim beynimiz üçün xüsusi olaraq faydalıdır.
Foodinfo.az beyinin sağlamlığı üçün qidaları təqdim edir:
Qaynadılmış və ya bişmiş quş əti. Nahar, hətta səhər yeməyi üçün ideal seçim ola bilər. Eyni zamanda qaynadılmış, bişmiş və ya az duzlu dəniz balıqları (skumbriya, siyənək, qızılbalıq) - beyin funksiyası üçün əsas yağ turşuları olan Omeqa-3 və Omeqa-6 ilə zəngindir.
Yaşıl noxudun tərkibində çoxlu tiamin (vitamin B1) var ki, bu da sadə dillə desək, yaddaşımızı yaxşılaşdırır. Səhər bişmiş yumurta və ya salatlara əlavə etmək olar.
Dəniz yosunu yodun əsas tədarükçüsü olaraq, həm zehni, həm də fiziki fəaliyyətdən asılı olan tiroid bezinin sağlamlığı üçün çox vacibdir.
Balqabaq toxumunu istənilən tərəvəz salatlarına əlavə edin. Toxumlar omeqa-3 və omeqa-6 yağ turşularının, həmçinin A, E vitaminlərinin yaxşı tədarükçüsüdür.
Fərid