Sağlam həyat tərzi tərəfdarları dondurmanı qida rasionundan az qala tamamilə çixarmağa təşviq etsələr də, həkimlər bunun əleyhinədirlər. Bu soyuq deserti hər gün də yemək olar, əsas şəkər və kalori normalarını aşmamaqdır.
Foodinfo.az xəbər verir ki, bu barədə terapevt İolanta Ləlite danışıb.
İkinci qayda kimi o, dondurmanı acqarına yeməməyi tövsiyə edib, əks təqdirdə insulin "partlayışı" və nəticədə dəhşətli aclıq hissi yarana bilər.
Üçüncü qayda var: həkimin uşaqlara dondurmanı qızdırıb əritmədən verməyi tövsiyə edir:
"Həm pediatrlar, həm də terapevtlər uzun müddətdir ki, bu mifi təkzib edirlər. Ona görə də bir daha xatırlatmaq istəyirəm: istidə dondurma uşaqları soyuğa davamlı edir. Boğaz da bərkiməlidir ki, soyuq mövsümdə daha az xəstələnsin. Bunu yayda da etməsək, nə zaman edək?"
Fərid