Toksikoloq, professor Mixail Kutuşov böyrək və qaraciyəri toksinlərdən təmizləyən ən ideal içkini açıqlayıb. Foodinfo.az xəbər verir ki, Professor özü günə limon əlavə edilmiş su ilə başladığını deyir. O bildirib ki, içkini həmin an hazırlayıb dərhal içmək lazımdır. Təmiz limonlu su qaraciyərin təmizlənməsi üçün faydalıdır. "Bu su orqanizmdən toksinləri yuyur, qaraciyər və böyrəkləri təmizləyir. Əgər böyrəklərinizdə ağrılar, daş varsa, bu içki sizlik deyil, çünki limon turşusu güclü sidikqovucu təsirə malıkdir. Limonu suya qaydasında əlavə etmək lazımdır. Bir stəkan suya 2 dilimdən artıq olmaz. Əks təqdirdə limon turşusu dişləri və mədənin divarını aşılayacaq. Əgər ciddi əks göstəriş yoxdursa, hər səhər belə su içməyiniz ürək-damar, podaqra, revmatizm, kataraktada faydalıdır".