Hazırda dünyanın bir çox yerində yetişdirilən bu bitki qoxusu ilə yanaşı faydaları ilə də diqqət çəkir. Bu ləzzəti bitki Afrika və Asiyada müqəddəs bitki sayılır.
Yeməklərlə və çayla istehlak edilərək bədəni yeniləmək qabiliyyətinə malikdir.
Bu bitkinin yaşıl, bənövşəyi, qırmızı növlərindən istifadə edilir. Amma xüsusilə bənövşəyi reyhan çox güclü qoxusu sayəsində bir çox yeməklərə ləzzətli bir dad verir.
Foodinfo.az xəbər verir ki, tərkibindəki lutein, zeaksantin, beta-karoten və beta-kriptoksantin kimi antioksidanlar sayəsində orqanizmə intensiv bərpaedici təsir göstərir.
Bütün bunlara əlavə olaraq Reyhan "eugenol" adlı çox güclü bir birləşməyə malikdir və tərkibindəki antioksidanlar, beta-karoten tərkibi və antosiyaninlər adlanan strukturları sayəsində hüceyrə zədələnməsi riskini gətirən sərbəst radikallara qarşı əhəmiyyətli bir qoruyucu təsir göstərir.
Xərçəngdən artritə, diabetdən ürək xəstəliklərinə qədər müxtəlif xəstəliklərə səbəb ola biləcək sərbəst radikallara qarşı qoruyucu təsir göstərir.
Reyhanın tərkibində fitokimyəvi maddələr olduğuna görə, ağciyər, qaraciyər, dəri və hətta ağız xərçəngi kimi müxtəlif xərçəng növlərinə qarşı qorunma təmin edir.
Həmçinin, diabetlə mübarizə aparırsınızsa və ya diabetin qarşısını almağa çalışırsınızsa, yüksək qan şəkəri səviyyəsini azaltmaq üçün reyhan istehlak edə bilərsiniz.
Bütün bunlara əlavə olaraq reyhan qan təzyiqinə də təsirlidir. Yüksək qan təzyiqi səviyyələrini balanslaşdırmaq istəyənlər reyhan istehlak edə bilər. Reyhan effektiv tənzimləyicidir, kalsium kanallarını bloklayaraq qan təzyiqini tarazlaşdırmağa kömək edir.
Reyhanda olan efir yağları xolesterol və trigliserid səviyyələrini tənzimləyərək sağlam ürək-damar quruluşuna kömək edir. Reyhan həm də əzələlərin və damarların rahatlamasına şərait yaradır.
Reyhan həm də Asiya təbabətində geniş istifadə olunan otlardan biridir. Zehni sağlamlığa təsiri olan reyhan narahatlıq və depressiyanı aradan qaldırarkən düşünmə qabiliyyətini artırmağa da müsbət təsir göstərir.
Xroniki iltihaba qarşı reyhandan istifadə edə bilərsiniz.
Reyhanda olan efir yağları həm də antibakterial xüsusiyyətləri ilə tanınır və bu da tənəffüs yolları, sidik yolları və dəri infeksiyaları ilə mübarizəni asanlaşdırır.