Müasir dəbdə olan avokado əzmələri hələ sovet dövründə hazırlanan buterbod üstlüklərinə çatmaz. Onlardan biri çiy kökdən hazırlanır.
Foodinfo.az cəmi 5 dəqiqəyə hazırlanan resepti təqdim edir. 


Lazım olan ərzaqar:
2 ədəd kök
2 diş sarımsaq
2 ədəd əridilmiş pendir
1/3 ç.q duz
3 x.q mayonez və ya xama
zövqə görə istiot

Hazırlanma:
Kök və əridilmiş pendirləri sürtgəcin xırda gözündən keçirin. Duz, istiot və xırda doğranmış sarımsaq əlavə edin. Üzərinə mayonez (xama) əlavə edib təzə və ya qızardılmış çörəyin üzərinə çəkin.

Səhər yeməyi və hətta qonaqlar üçün qəlyanaltı kimi ideal seçimdir.

Nuş olsun!

Natəvan