Dietoloqlar yekdilliklə etiraf edirlər ki, günlük enerji toplamaq üçün səhər yeməyi tutumlu olmalıdır. Lakin bəzi qidaları səhər yeməyi siyahısından çıxarmaq daha yaxşıdır, çünki onların tərkibində kalori faydalı maddələrdən çoxdur.
Foodinfo.az xəbər verir ki, bu barədə "Eat This Not That!" jurnalı yazır.
Belə ki, yulaf sıyığı bütün gün üçün bədəni lif və enerji ilə təmin etməyə kömək edir. Lakin hazır yeməyə kişmiş, banan, bal, şəkər əlavə etsəniz, bu sıyığın faydası zərərə çevrilə bilər. Şirin əlavələr sayəsində yemək sürətli karbohidratlarla da zənginləşdirilir - bu isə cəmi bir neçə saatlıq toxluq hissi və sürətli çəki artımı deməkdir, həmçinin insulinin püskürməsinə səbəb olur.
Digər "məkrli" səhər yeməyi yumurtadır. Qaynadılmış formada bu, səhər yeməyi üçün əladır, lakin qızardılmış yumurtadan imtina etmək daha yaxşıdır. Qızardılmış qidalar qan damarlarını tıxayan "pis" xolesterinin mənbəyidir. Bundan əlavə, omleti düzgün bişirmədikdə əsl "fastfood"a çevrilə bilər.
Bulka, peçenye, kruassanlar - bütün bunlar çox dadlıdır, lakin tərkibində şəkər və yağ çox olduğundan səhər yeyildikdə onlar bədənə güclü karbohidrat "zərbəsi" vurular.
Hamının sevdiyi südlü lopalar da incə belin düşməninə çevrilə bilər, çünki onların tərkibində çoxlu şəkər və rafinə olunmuş karbohidratlar var. Bundan əlavə, hazır quru səhər yeməyində lif və zülal azdır (yəni onları qidalandırıcı adlandırmaq çətindir). Qarğıdalı lopalarının tez-tez istehlakının nəticəsi artıq kilolar və yüksək xolesterindir.
Natəvan