Qarpız mövsümü avqustda başlasa da, iyulun ikinci yarısından sentyabr ayınadək onu almaq olar. Lakin faydalı görünməyinə baxmayaraq, bu giləmeyvədən həddindən artıq çox yemək zərərli ola bilər. Ürəkbulanma və ağrılardan əziyyət çəkməmək üçün qarpızı necə yemək lazımdır?
Foodinfo.az xəbər verir ki, bu barədə "Budu" onlayn sağlamlıq servisinin diyetoloqu Nataliya Qridina danışıb.
Onun sözlərinə görə, yatmazdan azı 2 saat öncə qarpız yeməmək vacibdir, çünki tərkibində şəkər çoxdur, bu isə insulin ifrazına və nəticədə arzuolunmaz piy qatlarının yaranmasına səbəb olur. Həmçinin, qarpızda çox miqdarda maye olduğu üçün səhər şişkinlik yarana bilər.
Qarpızı acqarına da yeməyin, çünki bu, ağrı, şişkinlik, ağırlıq və ürəkbulanma kimi xoşagəlməz simptomlarla yanaşı, həddindən çox yeməyə səbəb ola bilər.
Qridina bir oturuma 300 qramdan çox qarpız yeməyi məsləhət görmür.
"Tərkibində şəkərin çox olması səbəbindən qarpız şəkərli diabet və artıq çəkidən əziyyət çəkən insanlar üçün əks göstərişdir. Qarpızdakı mayenin çoxluğu isə böyrək xəstəliyindən əziyyət çəkənlər üçün zərərlidir. Qarpızın tərkibindəki kalium aritmiya (ürək ritm pozğunluğu) olan xəstələr üçün arzuolunmazdır", - deyə diyetoloq xəbərdarlıq edib.
Natəvan