Artıq çəki, 2-ci tip şəkərli diabet, ürək xəstəlikləri və qaraciyərin yağ distrofiyası riskini artırır.  Buna görə də arıqlamaq üçün effektiv yollar axtarmaq vacibdir. Məsələn, bəzi ədviyyatlar arıqlamağa kömək edə bilər.

Foodinfo.az xəbər verir ki, "Chemist Click" onlayn aptekinin əczaçısı Abbas Kənani arıqlamaq üçün sağlam qidalanmayla yanaşı sarıkök və darçından istifadə etməyi məsləhət görür.

Onun sözlərinə görə, bu ədviyyatlar artıq kilolardan qurtulmağınıza kömək edə bilər.

Alimlər müəyyən ediblər ki, darçın insulinə həssaslığı artırır, insulin dirəncini azaldır və qlükoza mübadiləsini yaxşılaşdırır. Lakin belə təsir dozadan, istifadə müddətindən və fərdin darçına reaksiyasından asılı ola bilər.

Qanda şəkər səviyyəsinin stabilləşməsi sayəsində ədviyyatlar enerji sıçrayışların və kəskin  düşməsinin qarşısını almağa, şəkərli qidalara olan istəyi azaltmağa və potensial olaraq çəkiyə nəzarət etməyə kömək ola bilər.

2020-ci ildə "Clinical Nutrition" jurnalında dərc olunan araşdırma zamanı məlum olub ki, gündə 2 qrama qədər darçın yağ kütləsini, bədən çəkisini və bədən kütləsi indeksini azalda bilər.

2022-ci ildə "Beynəlxalq Molekulyar Elmlər Jurnalı"nda nəşr olunan başqa bir araşdırmada deyilir ki, sarıkökün tərkibində olan kukumin iltihab əleyhinə təsirə malikdir və yağ metabolizmini yaxşılaşdırır.

Nərmin