Omeqa-3 bədən hüceyrələrini zədələnmədən və məhv olmaqdan qoruyan poli-doymamış yağ turşuları qrupudur. Çox vaxt bu element balıqdan alınır, lakin omeqa-3-ün, eləcə də bir sıra digər vacib mineralların və vitaminlərin olduğu daha bir məhsul var: çia toxumu.

Foodinfo.az xəbər verir ki, bu barədə Taxılın Keyfiyyətinin Qiymətləndirilməsi Mərkəzinin mütəxəssisi Yelena Kistanova danışıb.

Onun sözlərinə görə, hətta qədim zamanlarda asteklər və hindlular çia toxumundan yağ və un hazırlayırdılar. Alimlər çia toxumunun qiymətli xammal olduğunu sübut ediblər, çünki tərkibində nisbətən balanslaşdırılmış zülallar, yağlar və karbohidratlar var. Çia toxumunda böyük miqdarda minerallar və vitaminlər var. O, qida lifi və omeqa-3 poli-doymamış yağ turşuları ilə zəngindir.

Çiada ən faydalı olan lifdir. Lifin əsas hissəsi həzm sisteminin işini yaxşılaşdırmağa kömək edən, həll olunmayan bir formaya malikdir. İnsan sağlamlığı qorumaq üçün həm həll olunan (faydalı bakteriyaları qidalandıran), həm də həll olunmayan lifə ehtiyac duyur.

Natəvan