Bu məhsullar C vitamini çatışmazlığının öhdəsindən gəlməyə kömək edəcək və bunlar sitrus meyvələri deyil. Foodinfo.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bolqar bibəri və cəfəri sitrus meyvələrindən daha çox C vitamini olan qidalar adlandırılıb. Dietoloq Polina Zharkova bildirib ki, askorbin turşusunun (vitamin C) çox hissəsi sitrus meyvələrində deyil, mövsümi məhsullarda və giləmeyvələrdə olur.

Belə ki, sitrus meyvələrində 100 q məhsulda cəmi 50 mq C vitamini var, amma bolqar bibərində onun miqdarı 100 qr-da 200 mq təşkil edir. Albalı, çaytikanı, qarağat, çiyələk, cəfəri də bu məhsullar sırasındadır.

Nərmin